iran ordu2

“İran Ermənistana dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu İran və Avrasiya Tədqiqatları İnstitutunun eksperti Xodratulla Şəfieh deyib.

O bildirib ki, bunun üçün ilk növbədə Ermənistanın özünün istəyi lazımdır:

“Ermənistan İranın hərbi texnikasını almaqda o qədər də maraqlı deyil. Bu, İrəvanın avropalılar və amerikalılarla münasibətləri korlamaq istəməməsi ilə bağlıdır”.

default

Xodratulla Şəfieh

Ekspert hesab edir ki, Ermənistana qarşı müharibə olsa, İran İrəvana kömək üçün öz qoşunlarını göndərməyəcək:

“İran əsgərləri heç vaxt başqa ölkədə, o cümlədən husilərin vuruşduğu Yəməndə, Livanda və ya Suriyada döyüşməyib. İranın hərbi texnikası və kəşfiyyat məlumatları istifadə edilir, lakin İran silahlı qüvvələrinin əsgərləri başqa ölkələrdə döyüşmür. Ona görə də yeni hərbi əməliyyatlar olsa, İran əsgərləri Ermənistan üçün döyüşməyəcək”.

Ekspert İranın İrəvana dolayısı ilə kömək edəcəyini də istisna etməyib.

“İranın hərbi texnikasından istifadə olunması mümkündür. Amma Ermənistanın özü şəxsi maraqlarını qorumalıdır”, – deyə Şafieh fikirlərini yekunlaşdırıb.

Əliyar Xəlil,
Globalinfo.az

Paylaş: