İsrail dünyaya İranla bağlı xəbərdarlıq etdi

“İran qonşularına təhdid yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Eli Kohen İran-Səudiyyə Ərəbistanı münasibətlərinin bərpasını şərh edərkən deyib.

“Biz İranın Səudiyyə Ərəbistanına hücumunu yaxşı xatırlayırıq. İran xərçəngə bənzəyir. Hansı ölkəyə müdaxiləsindən asılı olmayaraq, o bu ölkəni məhv edir. Baxın görün Livanda nə baş verir? Onlar bunu Hizbullah vasitəsilə edirlər. Görün onlar Suriya, Yəmən və İraqı nə günə salıblar. Regionda stabilliyə yeganə zəmanət İrana nüvə silahı əldə etməsinə imkan verməməkdir. Ümid edirəm, bu hədəfə çatmaq üçün digər ölkələr də bizə qoşulacaq”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az