n

İran İslam Respublikasının Bakıdakı səfiri Müctəba Dəmirçilu ötən gün Təbrizdəki konsulumuz Ramil Rza oğlu İmranovun ölümü ilə bağlı başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

“İranda Azərbaycan Respublikasının konsulu, hörmətli Ramil Rza oğlu İmranovun vəfatı xəbərini dərin hüznlə qarşıladım.

Bu ağır itkini onun ailəsinə, dostlarına və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarına səmimi qəlbdən başsağlığı verirəm.

Xidmət borcunu yerinə yetirərkən həyatını itirmiş bu dəyərli həmkarımıza Uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm”, – səfir qeyd edib.

Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının İranın Təbriz şəhərindəki konsulu Ramil Rza oğlu İmranov xidməti fəaliyyəti zamanı baş vermiş faciəvi yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Paylaş: