m%C9%99scid

Tehranda baş verən kütləvi iğtişaşlar şəhər infrastrukturuna ciddi ziyan vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhər meri Əlirza Zəkani məlumat verib.

O, hadisələr zamanı zədələnən və dağıdılan mülki və ictimai obyektlərin siyahısını açıqlayıb.

– 1 xəstəxana zədələnib,

– 2 tibb mərkəzi qarət olunub,

– 26 banka hücum edilib,

– 25 məscid yandırılıb,

– Hüquq-mühafizə orqanlarının postları və İnqilab Keşikçiləri Korpusunun “Bəsic” könüllülərinin qərargahları hücuma məruz qalıb.

Zəkani qeyd edib ki, paytaxtın fövqəladə xidmətləri dağıntıların nəticələrini aradan qaldırmaq üçün çalışır. Üsyançılar həmçinin 10 dövlət müəssisəsinə, 48 yanğınsöndürən maşına, 42 avtobus və təcili yardım avtomobilinə, eləcə də 24 mənzilə ziyan vurub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: