İran yeni hücumlara başladı: İsrail HHM-i məhv edildi – YENİLƏNİB

KOWLBTY62VNI5C3QGPJYIHBE7I

İran əvvəlcə İsrailə qarşı 140-dan çox pilotsuz uçuş aparatı buraxıb, ardınca isə raketlər atılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın ILNA agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, Tehran bu hücumları elə planlaşdırıb ki, həm dronlar, həm də raketlər eyni anda hədəflərə çatsın. Bu, zərbələrin maksimal effekt verməsi və İsrailin müdafiə sistemlərinin yüklənməsi məqsədi daşıyıb.

***

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı başladılan yeni raket və dron hücumlarının sübhə qədər davam edəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “NourNews” agentliyi SEPAH-a istinadla məlumat yayıb.

Hücumun intensivliyi və hədəf alınan obyektlər barədə əlavə təfərrüatlar açıqlanmayıb.

***

İran İsrailə məxsus uzaqmənzilli hava hücumundan müdafiə sistemini pilotsuz uçuş aparatları (PUA) vasitəsilə məhv etməyə nail olub.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Hadisənin dəqiq yeri və məhv edilmiş sistemin hansı növ olduğu barədə təfərrüatlar açıqlanmayıb.

*** 23:54

İran Silahlı Qüvvələri İsrail ərazisindəki hədəflərə qarşı yeni raket zərbələri endirməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İranın “Tasnim” agentliyi yayıb.

Agentlik neçə ədəd raketin buraxıldığını dəqiqləşdirməyib.

Aysel Əliyeva
Globalinfo.az