ABŞ və İran arasında vasitəçilərin dəstəyi ilə aparılan danışıqlar son mərhələyə qədəm qoyub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.
Bildirilir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu yaxınlarda Pakistan ordusunun komandanı ilə iki telefon danışığı aparıb. İddialara görə, bu, vasitəçilər vasitəsilə dialoqun davam etdirildiyi son danışıqlar mərhələsidir.