“Husilərin zərbələri İsrail təcavüzünü bitirdiyi zaman dayanacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“İsrail rejimi təcavüzünü dayandırdıqdan sonra, Yəməndəki Husilərin hücumları bitəcək. Bu gün ABŞ İsrailin əməllərinə görə məsuliyyət daşıyır. Eyni zamanda Vaşinqton İsrailin hücumlarının qarşısının alınmasında əsas maneədir. Bu, Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirir”, – deyə Kənani vurğulayıb.

Xatırladaq ki, iyulun 20-də İsrail ABŞ-la birlikdə Yəmənin Hudeyda şəhərinin limanındakı yanacaq anbarına hava hücumu həyata keçirib. Husilər isə qisas alacaqlarına söz veriblər.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: