pasinyan masin

Ermənistan Baş naziri Nikol Paşinyan Londona gedib.

Globalinfo.az xəbər verir ki, o və xanımı Avropa Siyasi Birliyinin 4-cü sammitində iştirak etmək üçün Britaniyaya səfər edib.

“7-20 iyul tarixlərində davam edəcək səfər zamanı bir sıra beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlər də planlaşdırılır”, – Ermənistan hökumətinin açıqlamasında bildirilir.

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə iştirak etməsi gözlənilir. Sammitdə İlham Əliyev və Paşinyan arasında görüşün olub-olmayacağı hələlik məlum deyil.

Paylaş: