İran səfirliyinin nümayəndəsi Laçın postunda – FOTO

Xəbər verdiyimiz kimi, bir qısa ölkələrin diplomatik korpuslarının və beynəlxalq təşkilatların İrəvandakı nümayəndələri Ermənistan tərəfindən Laçın postuna səfər ediblər.

Globalinfo.az xəbər verir ki, onların arasında İranın Ermənistandakı səfirliyinin nümayəndəsinin də yer aldığı bildirilir.
Görüntülərdən aydın olur ki, səfirliyinin nümayəndəsi ərazidə saatlardır gözləyən TIR-lara nəzər yetirir, Laçın postunu müşahidə edir, Ermənistan xarici işlər nazirinin müavinini dinləyir.

Tehranın Bakı ilə gərginliyi aradan qaldırmaq istədiyini qeyd etdiyi bir ərəfədə, xüsusilə Aşura günündə İran səfirliyinin bu addımı birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bir müddət öncə İranın Ermənistana yeni səfir təyin edib. Səlahiyyət müddəti başa çatdığı üçün ölkəsinə qayıdan keçmiş səfir isə təntənə ilə yola salınıb.

Ayşən Mustafa
Globalinfo.az