“Tehranın Qafqazdakı strateji və qətiyyətli siyasəti İran hökumətinin bütün diplomatik imkanlar və alətlərdən istifadə ilə həyata keçirdiyi məntiqli və proqressiv prinsipə əsaslanıb”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi deyib.
O, yenidən İranın qırmızı xətti məsələsini dilə gətirib.
Musəvinin sözlərinə görə, İran regionun milli təhlükəsizliyinin izahında birləşən rasionallıq, eləcə də strateji səbir və ziddiyyətsiz aktivlik siyasəti aparır.
Qeyd edək ki, bundan öncə İran Azərbaycana medianın İrana qarşı məqalələri ilə bağlı nota verib. Buna qarşılıq olaraq səfir Abbas Musəvi dünən XİN-ə çağırılıb və ona ən sərt formada cavab verilib.
İlkin Həsənov
Globalinfo.az