İran Rəisinin ölümündən sonra hərəkətə keçir: Rusiyadan…

İran Rusiyadan 500 milyon dollara 12 Mi-17 helikopteri alacaq.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, texnikalar İran Qızıl Aypara Cəmiyyətinə xidmət üçün istifadə olunacaq.

“Rusiyanın helikopterləri” dövlət şirkəti ilk 4 təyyarəni 2025-ci ilin martına qədər təhvil verə bilər.

Qeyd olunub ki, müqavilə İran prezidentinin, xarici işlər nazirinin və onları müşayiət edənlərin həlak olduğu helikopter qəzasından az sonra imzalanıb.