İran yaraqlılarının qərargahı vuruldu: ölənlər var – FOTO

İraqın paytaxtı Bağdad şəhərinin şərqində İranın dəstəklədiyi yaraqlıların qərargahına dron hücumu olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı xəbər yayıb.

Məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

Qeyd edək ki, “Nəcəba Hərəkatı”nın dəstək zabiti Əli Əbusəccad Həşd Şəəbi qruplaşmasına bağlı qərargaha dron hücumu nəticəsində öldürülüb.