İran PUA-ları İsrailə bu ərazilərdən buraxılıb

İranın PUA-larının İsrailə haradan buraxıldığı məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, İran Kirmanşah və qərb əyalətlərindən İsrail ərazisinə PUA buraxıb.

Bu arada ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları İraq və İordaniya səmasında görünüb.

“Əl-Qahirə Əl-İxbariya” telekanalının məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları İrana məxsus pilotsuz təyyarələri tutmaq üçün İraq və İordaniya səmasındadır.

Əliyar Xəlil
Globalinfo.az