İran rəsmisi nüvə məsələsindən danışdı: “Hamı bilir ki…”

1677657564 2a9236c9b608600b43c1ae8ecd755229

“İran Avropa Birliyi ilə nüvə danışıqlarını davam etdirməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

İranlı diplomat bildirib ki, İranın nüvə proqramı dinc xarakter daşıyır. Ona görə də, qeyri-qanuni birtərəfli sanksiyalar öz məqsədlərinə nail olmayıb.

Nazir müavininin sözlərinə görə, İran əvvəlki kimi sanksiyaların ləğvi ilə bağlı danışıqları bərpa etməyə hazırdır.

“Biz ümid edirik ki, danışıqlar baş tutacaq və nəticəyə gətirib çıxaracaq. Dialoq və qarşılıqlı anlaşma üçün müvafiq imkanlar var. Hamı bilir ki, İranın nüvə proqramı dinc xarakter daşıyır və qeyri-qanuni birtərəfli sanksiyalar heç bir nəticəyə nail olmayıb”, – deyə iranlı diplomat vurğulayıb.

Xatırladaq ki, yanvarın 13-də Kazım Qərib Abadi Cenevrədə Böyük Britaniya, Fransa, Almaniya və İran arasında nüvə məsələsi üzrə qapalı danışıqların keçirildiyini bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az