Rusiya Pezidenti Vladimir Putin Qırğızıstana səfəri zamanı Ukraynada cəbhə xəttinin vəziyyəti ilə bağlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.
Putin bildirib ki, Ukrayna ordusunda yüksək itkilər və fərarilik hallarının artması fonunda mövqeləri qorumaq getdikcə çətinləşir.
Prezidentin fikrincə, xüsusilə Kupyansk istiqamətindəki vəziyyət eyni templə davam edərsə, cəbhə xəttinin dağılması qaçılmaz olacaq.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri ya hazırda nəzarətində saxladığı ərazilərdən geri çəkilməli olacaq, ya da Rusiya ordusu bunu hərbi yolla təmin edəcək.
Tahir Turan
Globalinfo.az