İran nüvə enerjisindən imtina etməyəcək – Pezeşkian

160924 44 M%C9%99sud Pezeskian

İran dinc nüvə enerjisini inkişaf etdirmək istəyini təsdiqləmək üçün ABŞ-la dolayı danışıqlar aparır və heç vaxt öz hüquqlarından əl çəkməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyib.

“Biz müharibəyə can atmadığımızı sübut etmək üçün danışıqlar aparırıq. İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib və çalışmayacaq, lakin heç vaxt dinc nüvə enerjisindən imtina etməyəcək”, – Prezidentin açıqlamasını İran hökumətinin Teleqram kanalı paylaşıb.

Pezeşkianın sözlərinə görə, nüvə texnologiyaları ölkənin səhiyyə, kənd təsərrüfatı və sənaye sahələrinin inkişafı üçün həlledici əhəmiyyət daşıyır.