Britaniya Qarabağda buna nail olmağa çalışır – Erməni ekspert

London özünün enerji və biznes maraqlarını nəzərə alaraq, Azərbaycana meyil edir.

Globalinfo.az xəbər verir ki, bu sözlər erməni politoloq Ayk Xalatyanın məqaləsində yer alıb.

“KİV-də müntəzəm olaraq Britaniyanın Rusiyaya qarşı yeni sanitar kordon yaratmaq cəhdi barədə informasiyalar yayılır. Burada əsas rol Polşa, Ukrayna və Türkiyəyə verilir. Məhz buna görə də britaniyalılar Türkiyə və Azərbaycanı Cənubi Qafqaz və Mərkəzi Asiyadakı geosiyasi mübarizələrində dəstəkləyirlər. Bunu nəzərə alaraq, ingilislər Azərbaycandakı çoxmilyardlıq yatırımlarını və özlərinin siyasi planlarını ermənilərin maraqları üçün riskə atmayacaqlar.

London çalışır ki, Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll edərək, Rusiyanın təsirini regionda minimuma endirsin. Britaniya və şəxsən Murun bu partiyada marağı aydındır və tezliklə Paşinyanın onda iştirak edib-etməyəcəyi bilinəcək. Rusiya və İranın maraqlarına qarşı Londonun tərəfində oyun Ermənistana yaxşı heç nə vəd etmir. Bu, ölkənin təhlükəsizliyini gücləndirməyəcək”, – o bildirib.

Gülnar Səlimova
Globalinfo.az