İran-İsrail müharibəsi başladı: zərbələr endirilir – SON DƏQİQƏ

 

İran onlarla drondan istifadə edərək İsrailə hücum həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri  və “KAN” radiosu məlumat yayıb.

Böyük məsafəni qət etmək üçün dronlara bir neçə saat lazım olduğu təxmin edilir.

İsrail Müdafiə Qüvvələri hücumla bağlı hələlik heç bir açıqlama verməyib.

Xatırladaq ki, bundan öncə rəsmi Tehran İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab verəcəyini açıqlamışdı.

Bu arada “Əl-Qahirə əl-İxbariyyə” telekanalı İranın Tehran üzərində hava məkanını bağladığı haqda məlumat yayıb.

Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafında uçuşlara qadağa səlahiyyətlilərə xəbərdarlıq edilənə qədər tətbiq olunub.

Əliyar Xəlil
Globalinfo.az