raket

“İrandan İsrailə 400-ə yaxın raket atılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

“Əl Ərəbiyyə” telekanalının məluamtına görə, İranın bir neçə raketi İordaniya səmasında vurulub.

Bundan əvvəl nəşr azı 102 mərmi atıldığı  haqqında məlumat vermişdi.

Qeyd edək ki, İranın İsrailə raket hücumlarının ikinci dalğası başlayıb.

“CNN” telekanalı isə İranın İsrailə 500 raket atdığını yazıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: