İran ABŞ tərəfindən irəli sürülən atəşkəs təklifini qəbul etməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” nəşri yazıb.
Məlumata görə, ABŞ mümkün gərginliyin azaldılması məqsədilə atəşkəs təşəbbüsü ilə çıxış edib və bu prosesdə vasitəçilik mexanizmi işə salınıb. Lakin Tehran sözügedən təklifi rədd edib.
Nəşrin iddiasına əsasən, İran tərəfi hazırkı mərhələdə hərbi əməliyyatların dayandırılması üçün şərtlərin yetərli olmadığını hesab edir. Rəsmi Tehran isə məsələ ilə bağlı ətraflı mövqe açıqlamayıb.
Hazırda tərəflər arasında diplomatik kanalların tam bağlanmadığı, lakin ciddi fikir ayrılıqlarının davam etdiyi vurğulanır.
Qeyd edək ki, Tramp bir qədər əvvəl İranın danışıqlara hazır olduğunu açıqlayıb.
Tahir Turan
Globalinfo.az