Suriyanın Deyr-əz-Zor vilayətində ABŞ hərbi bazasına təşkil edilən hücumda aviasiya üçün nəzərdə tutulan uçuş zolağı hədəfə alınıb.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Əl Hadath” televiziyası yayıb.
Raketin İranın dəstəklədiyi qruplar tərəfindən endirildiyi ehtimal edilir.
Hücum nəticəsində ölən və yaralananlar haqqında məlumatın olmadığı bildirilib.
Qeyd edilir ki, raketlərdən biri yanacaq dolu çən olan vertolyot meydançasına düşüb və yanğın başlayıb.
Əl-Omar neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasında həyəcan elan olunub. Koniko qaz sahəsi yaxınlığında yerləşən ABŞ bazasında da yüksək döyüş hazırlığı elan edilib.
İlkin Həsənov
Globalinfo.az