
Əgər ABŞ-ın məqsədi Tehranın nüvə hüquqlarından məhrum edilməsidirsə, İran heç bir hüququndan geri çəkilməyəcək.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı bildirib.
Qeyd edək ki, Araqçı bu açıqlamanı Tehran ilə Vaşinqton arasında Oman Sultanlığında keçirilməsi planlaşdırılan yeni nüvə danışıqları öncəsi verib. Sabah iki ölkə nümayəndələri arasında növbəti görüşün – danışıqların dördüncü raundunun keçirilməsi gözlənilir.
Aysel Əliyeva
Globalinfo.az