“Qərb Ukraynaya ilk partiya F-16-ları vermək niyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander qeyd edib ki, qırıcı-bombardmançı təyyarələrin Ukraynaya verilməsi planlaşdırılır.
“Biz 2024-cü ildə Ukraynanı F-16 proqramı üçün ilkin əməliyyat hazırlığına çatdırmağı hədəfləyirik. Buraya təyyarəçilərin təlimi, platformalar, texniki təlimlər, infrastruktur və ehtiyat hissələri daxildir. Ukraynalı pilotlara F-16-ları idarə etmək üçün təlim keçilir”, – deyə Uollander vurğulayıb.
Məlumatda o da bildirilib ki, hazırda altı ukraynalı pilot Danimarkada Amerika qırıcılarını idarə etmək üçün təlim keçir.
Ukrayna hakimiyyəti 2024-cü ilin birinci yarısında döyüş təyyarələrini alacağına ümid bəslədiyini açıqlayıb.
Əliyar Xəlil,