Erməni deputat konstitusiyanı “Ayfon”la müqayisə etdi

“Ermənistan konstitusiyası dəyişdirilməli, müasir tendensiyaya uyğunlaşdırılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Xaçatur Suliasyan deyib.

Deputat yeni dövrdə daha rəqabətədavamlı olmaq üçün fərqli vasitələrə ehtiyac olduğunu bildirib:

“Nənələrinizin 50 il öncə etdiklərinə baxın. Onlar doğru idi, ya daha yaxşısını etmək olardı? Böyüklərinizə hörmət edirsiniz, amma yaşananlar tarixdə qalmalıdır. Trendlərə bir baxın, niyə yeni “Ayfon” modeli çıxan kimi hər kəs almağa çalışır? Konstitusiyanın da yenilənməyə ehtiyacı var”.

Əliyar Xəlil
Globalinfo.az