guler 021

Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xocavənddə Azərbaycan–Türkiyə–Özbəkistan birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə çıxışında deyib.

    “Təlimdə iştirak edən bütün qardaşlarımı təbrik edirəm. İnanıram ki, bundan sonra digər qardaşlarımızın – qırğızların, qazaxların da aramıza qoşulması ilə daha böyük təlimləri həm birlikdə planlaşdıracağıq, həm də uğurla həyata keçirəcəyik. Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Bütün bunlara görə də biz bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq”, – Yaşar Gülər bildirib.

    Paylaş: