“Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir”.
Globalinfo.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
“Tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 60-dan çox döyüş mövqeyi Ordumuzun nəzarətinə keçib”, – o bildirib.