İlham Əliyev və Paşinyan növbəti dəfə bu tarixdə Brüsseldə görüşəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün tarixi dəqiqləşib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kişinyovda keçirilən beştərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel məlumat verib.

O, bildirib ki, növbəti görüş iyulun 21-də Brüsseldə baş tutacaq.