ilhammmmm

Prezident İlham Əliyev Bakıda baş tutan III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət edib.

Globalinfo.az xəbər verir ki, müraciəti tədbirdə Baş nazir Əli Əsədov səsləndirib.

Müraciətdə bildirilir ki, Ümumdünya Statistika Gününə həsr olunmuş bu forum Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsində, statistika sahəsində əməkdaşlığın inkişafında, həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin genişlənməsində mühüm rol oynayır.

Ölkə başçısı həmçinin, forumun Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurların təqdimatı üçün əhəmiyyətli tribuna olduğunu vurğulayıb.

WhatsApp Image 2025 09 24 at 10.17.17 WhatsApp Image 2025 09 24 at 10.17.21

Ləman İmran
Globalinfo.az

Paylaş: