İlham Əliyev və Ərdoğan arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, telefon söhbəti Rəcəb Tayyib Ərdoğan G20 liderləri sammiti üçün Hindistanın paytaxtında səfərdə olarkən baş tutub. Liderlər regional məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Həmçinin telefon söhbətində Azərbaycan-Ermənistan münasibətləri və Azərbaycanın Qarabağ bölgəsində son günlər baş verənlər müzakirə edilib.