sened esas

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin Şabran regional idarəsinin rəisi Sabit Qurbanov və Salyan Regional İdarəsinin rəisi Babək Bəkirov öz ərizələri ilə işdən azad ediliblər.

Globalinfo.az bizim.media-ya istinadən xəbər verir ki, iki idarə rəisinin öz ərizələri ilə işdən getməsinin bir neçə səbəbi var.

Bunlar – qurum tərəfindən ərazilərdə mədəni irsi öyrənmək üçün lazımi şəraitin yaradılmaması, maaşların azlığı, xidməti avtomobillərin olmaması, yanacağın verilməməsi kimi səbəblərdir.

Şabran Regional İdarəsinin sabiq rəisi Sabit Qurbanov öz ərizəsi ilə işdən getməsini təsdiqləyib. Lakin o, səbəblər barədə danışmaq istəməyib.

Bundan başqa, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin nəzarət şöbəsinin rəisi Ruslan Ənvərlinin maliyyə sektorunun aparıcı məsləhətçisi Taleh Nəbiyevin və abidə mühafizəçisi Elcan Hüseynəliyevin də öz ərizələri ilə işdən getdikləri bildirilir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin mətbuat katibi Fariz Hüseynli məsələ barədə məlumat veriləcəyini bildirib.

ac44d06fe4b91a5b7eaf288d735186731680784393 d5c4fba6 5a17 46d0 9e50 87d8ebb4d5a6 jpeg 8320437fc9b4cdc23f13b16e170016811680784447 86da8981 1ef5 4343 a466 fd18c9a1c7b9 jpeg

 

Paylaş: