Tramp bu müzakirələrdən sonra Truth sosial platformasında bəzi tariflərin tətbiqinin dayandırıldığını elan edib.
Globalinfo.az xəbər verir ki, bu qərar ABŞ fond bazarlarında müsbət reaksiyalara səbəb olub.
Tariflərin dayandırılması ABŞ iqtisadiyyatında sabitliyin bərpasına yönəlmiş addım kimi qiymətləndirilib.
ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lyutniklə müzakirədən sonra ticarət rüsumlarının tətbiqini dayandırmaq qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın məqaləsində qeyd olunur.
Nəşrin yazdığına görə, nazirlər Trampı “aqressiv qlobal tarif planını” dayandırmağa razı salmağa çalışıblar.
Nəticədə, hər ikisi ABŞ prezidenti ilə öncədən planlaşdırılmamış bir görüş imkanı taparaq, onu rüsumların tətbiqindən imtina etməyə inandırmağı bacarıblar.