Uitkoff i Kushner

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner yanvar ayında Moskvaya səfər edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Bildirilib ki, onlar Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklər:

“Mənbələr görüşün bu ay baş tuta biləcəyini bildiriblər, lakin planlar hələ dəqiqləşdirilməyib. İki həftədən çoxdur ki, iğtişaşların davam etdiyi İrandakı hadisələr səbəbindən vaxtın təxirə salına bilər”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: