yemen

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə BƏƏ dəstəkli Cənubi Keçid Hökumətinin qüvvələrinə hava hücumu nəticəsində 7 nəfər ölüb, 20 nəfərdən çox insan xəsarət alıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hava zərbələri Əl-Xasah adlanan bölgədə yerləşən düşərgəni hədəfə alıb.

Qeyd edək ki, Yəməndə Cənubi Keçid Hökumətini dəstəkləyən BƏƏ bir neçə gün əvvəl bu ölkədə hərbi mövcudluğunu dayandırdığını elan edib.

Paylaş: