Xəbər verdiyimiz kimi, “İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub. Bu xəbər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Hadisəni törədən şagirdin yenidən liseyə qayıdaraq təhsilini davam etdirəcəyi bildirilir.
Globalinfo.az məsələni dəqiqləşdirmək üçün liseyin təsisçisi Mönsüm Alışovla əlaqə saxlayıb.
M.Alışov sözügedən iddianı təkzib edib:
“Xeyr, o şagird liseydən xaric edilib. Müəllim isə işinə davam etdirəcək”.
Zaira Akifqızı
Globalinfo.az