İctimai nəqliyyat normallaşdırılmadan taksiləri… – Qüdrət Həsənquliyev

Bu günlərdə 40 minə qədər taksinin ləğv olunmasının istənildiyini eşitdik.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Bakı şəhərində ictimai nəqliyyatı normallaşdırmadan buna yol vermək olmaz: “Ən azından bunun üçün bizə Avropa standartlarına uyğun götürsək, 3000 avtobus lazımdır. İctimai nəqliyyat normallaşdırılmadan taksi fəaliyyətinin məhdudlaşdırılmasına yol verilməməlidir”.