resize 7

Yəmən husiləri Livanın “Hizbullah” hərəkatının liderlərini İsrailin mövqelərinə böyük zərbələr endirməsi münasibəti ilə təbrik ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

“Həssas qalan bir təşkilatın daxilindən gələn bu güclü və təsirli cavab, müqavimətin möhkəm, öz vədlərində, təhdidlərində səmimi olduğunu təsdiqləyir. Biz də deyirik ki, Yəmənin cavabı qaçılmazdır, qarşıdakı günlər və gecələrdə  döyüş meydanında bunu sübut edəcəyik”, – qruplaşmanın bəyanatında bildirilir.

Qeyd edək ki, “Hizbullah” Beyrutda komandiri Fuad Şükrün öldürülməsinə cavab olaraq İsrailə yüzlərlə pilotsuz təyyarə və raketlə hücum edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: