Hüseyn 300 milyondan çox olan borcunu ödədi – FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov vergi borcunun hamısını ödəyib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə  sosial şəbəkə hesabında paylaşıb.

O, Rusiya vergi orqanlarına 300 milyon rubldan çox (təxminən 5 milyon 670 min manatdan çox) ödəyib.

Qeyd edək ki, blogerin borcuna görə vergi orqanları onun Moskvadakı bahalı mənzilini və avtomobillərini əlindən almağa çalışırdı.