Hizbullahın yeni lideri Haşim Səfi əd-Dinin İsrail ordusunun aviazərbələri nəticəsində öldürülməsi xəbəri təkzib edilib.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Hizbullah”ın mətbuat xidməti bəyanat yayıb.
“Bütün bunlar psixoloji müharibə çərçivəsinə uyğun gələn əsassız şayiələrdir, tərəfdaşlara qarşı sionist işğalına xidmət edənlər tərəfindən həyata keçirilir”, – bəyanatda bildirilib.
*** 15:33
Hizbullahın ehtimal edilən yeni lideri Haşim Səfi əd-Din İsrail ordusunun aviazərbələri nəticəsində öldürülüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Al-Arabiya” bir neçə mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, İsrail Beyruta endirdiyi zərbə zamanı Hizbullahın ehtimal edilən yeni liderinin olduğu bunkeri hədəf almışdı İsrail rəsmiləri hücum zamanı Hizbullahın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə görüşdüklərini güman etdiklərini bildirmişdilər.
X X X
İsrailin Beyrutun cənub ətrafına hava hücumları, xilasedicilərin “Hizbullah”ın gözlənilən növbəti lideri olan Haşim Safiəddini öldürməkdə şübhəli bilinən İsrail hücumu yerində axtarış aparmasına mane olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Qeyd edək ki, ötən gün İsrail Beyrutun cənubuna hücumu zamanı “Hizbullah”ın ehtimal olunan yeni liderinin yerləşdiyi bunkeri hədəf almışdı.
İsrail rəsmiləri hücum zamanı “Hizbullah”ın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə görüşdüklərini güman etdiklərini bildirmişdilər.