
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda həyata keçirilən növbəti dəqiq zərbə nəticəsində “Hizbullah”ın silahlı qanadına məxsus xüsusi əməliyyat qüvvələrindən birinin taqım komandirinin məhv edildiyini açıqlayıb.
Globalinfo.az ordunun mətbuat xidmətinə istinadla xəbər verir ki, zərbənin məqsədi həmin komandirin zərərsizləşdirilməsi olub.
Həmin şəxsin adı açıqlanmayıb. Zərbənin Aytarun qəsəbəsi ətrafına endirildiyi qeyd olunub.
Aysel Əliyeva
Globalinfo.az