Livanın “Hizbullah” hərəkatı Təl-Əvivin cənub-şərqində İsrail xüsusi təyinatlılarının təlim düşərgəsinə hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Mayadeen” televiziya kanalı hərəkatın açıqlamasına istinadən bildirib.
“Livan müqaviməti Təl-Əviv yaxınlığındakı Adam xüsusi təyinatlılarının təlim düşərgəsinə müasir raketlərlə hücum etdiyini açıqlayıb”, – deyə bildirilib.
Qeyd edək ki, “Mouze”nin məlumatına əsasən İsrail ordusu da “Hizbullah”ın Livandakı silah-sursat anbarını vurub.