Hizbullah İsrailin Colan təpələrindəki bazasına hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail ordusuna qarşı ümumilikdə 16 döyüş əməliyyatı keçirilib.
“İslam müqavimət döyüşçüləri İsrailin Nafah bazasına bir sıra raket zərbələri endirib”, – deyə məlumatda bildirilir.
Həmçinin Hizbullah döyüşçüləri Bağdadi qalası ərazisində və Marun ər-Ras kəndi yaxınlığında İsrailin hərbi bazalarına hücum ediblər.
Müşviq Tofiqoğlu
Globalinfo.az