Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı – FOTOLAR

 

Türkiyənin Cümhuriyyət Günü münasibətilə Heydər Əliyev Mərkəzi bu ölkənin bayrağı ilə işıqlandırılıb.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, ətrafdakı ərazidə Heydər Əliyev Mərkəzinin binası üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin yaradıldığı gündür.