AA 20250203 36945531 36945529 CUMHURBASKANI RECEP TAYYIP ERDOGAN
“Təhlükəsizlik tədbirlərinin görülməsinə nəzarət etməyən hər kəs cavab verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclası zamanı deyib.

Boluda onlarla insanın ölümünə səbəb olan yanğınla bağlı danışan Ərdoğan təhlükəsizlik tədbirlərini gözardı edən sahibkarlara sərt xəbərdarlıq edib.

“Bir gecədə qazandığını “əlavə xərcdir” deyərək yanğın təhlükəsizliyinə sərf etməyən acgözlər başda olmaqla, məsuliyyət daşıyan hər kəs tək-tək cavab verəcək”, – deyə prezident qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: