ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, ölkə tarixində aparılan bütün müharibələrdə ölən amerikalıların sayından daha çox insan narkotik maddələrin həddindən artıq qəbulundan həyatını itirib.
Globalinfo.az xəbər verir ki, Heqsetin sözlərinə görə, 1 milyondan çox amerikalı fentanil, kokain və digər narkotik vasitələrin həddindən artıq dozası nəticəsində ölüb.
O vurğulayıb ki, son 250 ildə ABŞ-ın iştirak etdiyi bütün müharibələrdə ölənlərin sayı narkotiklərlə əlaqəli ölümlərdən daha azdır. Heqset milyonlarla Amerika vətəndaşının bu səbəbdən dünyasını dəyişdiyini bildirib.
Bununla belə, müdafiə naziri açıqladığı rəqəmi hesablayarkən hansı dövrü əsas götürdüyünü dəqiqləşdirməyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp fentanilin kütləvi qırğın silahı kimi tanınması ilə bağlı fərman imzalamışdı.
Tahir Turan
Globalinfo.az