UFC-nin çeçen əsilli çempionu Həmzət Çimayev avtomobil qəzasında həlak olması ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, döyüşçü sosial media hesabında video paylaşaraq bu iddiaları təkzib edib.

Çimayev sağ olduğunu vurğulayaraq deyib: “Bəziləri əksini istəsələr də, mən sağ-salamatam. Əbu-Dabiyə gedirəm, hava əladır”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Həmzət Çimayevin Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovla birlikdə yol qəzasına düşməsi barədə təsdiqlənməmiş məlumatlar yayılmışdı.

Xatırladaq ki, ötən il Çimayev Cənubi Afrikadan olan Drikus du Plessisi hakimlərin yekdil qərarı ilə məğlub edərək UFC-də orta çəki üzrə çempion titulunu qazanıb. Döyüş zamanı o, rəqibinə təxminən 22 dəqiqə tam üstünlük edərək bir döyüşdə ən çox uğurlu zərbə endirmək üzrə yeni UFC rekordu müəyyənləşdirib.

Hazırda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən 31 yaşlı Həmzət Çimayev MMA karyerasında 15-ci qələbəsini qazanıb və indiyədək heç bir məğlubiyyəti yoxdur.

Tahir Turan
Globalinfo.az

Paylaş: