Hantavirusun aşkarlandığı “MV Hondius” kruiz gəmisindəki sərnişinlərin təxliyəsi üçün 10 reys həyata keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus açıqlayıb.
Daha əvvəl gəminin göyərtəsində 150 sərnişinin və ekipaj üzvünün olduğu bildirilib.
Qebreyesusun sözlərinə görə, ÜST nümayəndələri və İspaniya hökuməti təxliyə əməliyyatının uğurla keçməsi üçün var gücləri ilə çalışacaqlar.
“Bizim qiymətləndirmələrimizə görə, Avropa İttifaqı üçün 6, ittifaqa daxil olmayan ölkələr üçün isə 4 reys keçirməli olacağıq”, – o qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az