HƏMAS Təl-Əvivi atəşə tutdu

HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam Briqadaları Təl-Əvivi atəşə tutur.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Əl-Qəssam Briqadaları bəyanat yayıb.

“Əl-Qəssam Briqadaları İsrailin mülki şəxsləri bölgədən qovmasına və onlara hücumlarına cavab olaraq Təl-Əvivi atəşə tutur”, – bəyanatda deyilir.