HƏMAS-ın dini liderinin nəvəsi Qəzzada öldürüldü

HƏMAS-ın dini liderinin nəvəsi Qəzzada öldürülüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Vesti İsrael” Fələstin mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, 2004-cü ilin martında öldürülən HƏMAS-ın qurucusu və ilk dini lideri Şeyx Əhməd Yasinin nəvəsi Əli Əbu-Aciyə İsrail ordusunun Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində ölüb.

Xatırladaq ki, HƏMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 93-cü gündür ki, davam edir.