HƏMAS girovluğunda olan ABŞ vətəndaşının saxlanıldığı yer bombalanıb

HamasGazafightersRTX3CDW3

HƏMAS İsrailin hava zərbəsi nəticəsində həm İsrail, həm də ABŞ vətəndaşlığına malik girovun saxlandığı yerin bombalandığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam briqadaları”nın rəsmi nümayəndəsi Əbu Ubeydə məlumat verib.

“İden Aleksandr adlı girovu qoruyan döyüşçülərlə əlaqəni itirmişik. Onun saxlandığı yerə birbaşa zərbə endirildikdən sonra həmin şəxslərlə əlaqə qurmaq mümkün olmayıb”, – deyə Əbu Ubeydə teleqram kanalında yazıb.

O əlavə edib ki, həmin döyüşçülərlə əlaqə yaratmaq cəhdləri hələ də davam edir.

Aysel Əliyeva
Globalinfo.az