Türkiyədən Tacikistan vətəndaşlarına qadağa

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edən qərarı imzalayıb.

Globalinfo.az xəbər verir ki, qərarda bildirilir:

“Tacikistanın mülki pasport sahiblərinin Türkiyəyə səfəri üçün vizasız rejimin ləğvi qərara alınıb”.

Qeyd edək ki,  Tacikistan vətəndaşları Rusiyanın “Krokus Siti Holl” əyləncə mərkəzindəki terroru törətməkdə ittiham olunurlar.